Parlament nümayəndə heyətimiz Riqada “Azadlıq” abidəsini ziyarət edib - FOTO

21:36 02.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fevralın 2-də Azərbaycan parlament nümayəndə heyətinin Latviya Respublikasına rəsmi səfəri çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova və Latviya Respublikası Seyminin sədri İnara Murniyetse Riqa şəhərində “Azadlıq” abidəsini ziyarət ediblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən hafta.az-a bildirilib ki, spikerlər abidənin önünə əklil qoyublar. Sonra Azərbaycan və Latviyanın Dövlət Himnləri səsləndirilib.

Siyasət rubrikasından digər xəbərlər